Azərbaycanda transfer dövrlərinin tarixi bilindi

Azərbaycanda 2021/22 mövsümünün transfer dövrlərinin tarixləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yay transfer pəncərəsi iyunun 10-da başlayacaq və sentyabrın 1-də başa çatacaq.

Qış transfer pəncərəsi dövrü isə 2022-ci il yanvarın 10-da başlayıb, fevralın 9-da bitəcək.

Qeyd edək ki, 2021/22 mövsümünə avqustun 14-də start veriləcək.