“Qarabağ”ın mərkəz müdafiəçisi Bədavi Hüseynov futbol üzrə Azərbaycan millisinin hazırda davam edən təlim-məşq toplanışına qatılmayacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bir neçə gündür Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Bədavi Hüseynov zədə səbəbindən milli komandanın toplanışına qoşulmayacaq.
Xatırladaq ki, millimiz təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya yığması ilə üz-üzə gələcək. İyunun 10-da isə komandamızı “Dalğa Arena”da Macarıstan yığması ilə yoxlama oyunu gözləyir.



