Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.
Burada “Karvan” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Yevlaxlıların bu görüşdə 2 qol vurmalarına baxmayaraq, yekunda paytaxt təmsilçisi əzmkar qələbəyə sevinib.
Günün sonuncu oyununda “Neftçi” “Kəpəz”i qəbul edəcək.
Premyer Liqa
10-cu tur
1 noyabr
“Karvan” – “Zirə” 2:3
Qollar: İmani Barker, 29. Kayl Spens, 62 – Brahim Konate, 57. Leroy Mikels, 74. Ayron Qomis, 87.
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu, 14:00.
Karvan: 1. Kamran İbrahimov, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 18. Süleyman Əhmədov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 10. Samuel Durrant, 21. İmani Barker.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 3. Said İranxan, 8. Peter Kinqs, 4. Olavale Doyeni.
Baş məşqçi: Azər Həşimov.
Zirə: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato (k), 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 26. Stefan Akka, 28. Leroy Mikels, 11. Junior Martins, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.


