“Bayer”dən tarixi rekord – 30 oyundur uduzmur!

Ötən gecə futbol üzrə Almaniya Kubokunun 1/4 final mərhələsində “Ştutqart”la qarşılaşan “Bayer” bu rəqibinə 3:2 hesabıyla qalib gəlib.

Arena.az məlumat verir ki, bu qələbə sayəsində Leverkuzen təmsilçisi klubun məğlubiyyətsizlik silsiləsini 30 oyuna çatdırıb.

Bu nəticə sözügedən klub üçün tarixi rekorddur. “Əczaçılar” son 8 oyunun 7-də qələbə qazanıblar.

Xabi Alonsonun yetirmələrini şənbə günü, fevralın 10-da “Bayern” sınağı gözləyir. Bundesliqanın 21-ci turunda Leverkuzen klubu doğma meydanda Almaniya nəhəngi “Bayern”i qəbul edəcək. Oyun turun mərkəzi görüşü kimi əlamətdar olacaq. Qarşılaşma Bakı vaxtı ilə 21:30-da başlayacaq.

Hazırda “Bayer” 52 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir. “Bayern” isə 50 xalla “əczaçılar”ı daban-daban təqib edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: