Futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci turun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, növbəti turun oyunları üç gün ərzində keçiriləcək.
İlk oyun günündə “Kəpəz” doğma meydanda “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirəcək.
İkinci oyun günündə “Qaradağ Lökbatan” MOİK-lə, “Qarabağ-2” “Zirə-2” ilə, “Qəbələ-2” isə “Zaqatala”yla qarşılaşacaq.
Sonuncu oyun günündə “Sumqayıt”la “Səbail”in əvəzediciləri üz-üzə gələcək. Turun qapanış matçında isə “Neftçi” və “Keşlə”nin ikinci komandaları qarşılaşacaq.
Birinci Divizion
8-ci tur
16 noyabr
Kəpəz – Turan Tovuz
Gəncə şəhər stadionu, 14:00 (CBC Sport/canlı).
17 noyabr
Qaradağ Lökbatan – MOİK
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00 (pfl.az/canlı)
Qarabağ-2 – Zirə-2
Binə qəsəbə stadionu, 14:30
Qəbələ-2 – Zaqatala
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:30 (pfl.az/canlı).
18 noyabr
Sumqayıt-2 Səbail-2
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:30 (pfl.az/canlı)
Neftçi-2 – Keşlə-2
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00 (pfl.az/canlı).


