Birinci Divizion: Liderdən növbəti, “Qarabağ”dan inamlı qələbə

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 20-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“İmişli” doğma meydanda “Qaradağ Lökbatan”ı tək qolla üstələyib. “Qarabağ”la “Səbail”in əvəzediciləri arasındakı oyunda da meydan sahibləri inamlı qələbəyə seviniblər. Lider “Araz Naxçıvan” isə səfərdə “Sumqayıt”ın ikinci komandasına qalib gəlib.

Xatırladaq ki, bu turun “Şamaxı-2” – “Mingəçevir” oyunu qonaq komanda səfərə gedərkən qəzaya düşdüyü üçün təxirə salınıb.

20 turdan sonra 47 xala malik “Araz Naxçıvan” vahid liderdir. “Neftçi-2” 37 xalla ikinci, “Turan Tovuz-2” 35 xalla üçüncü, “Qəbələ-2” 34 xalla dördüncü, “Kəpəz-2” 32 xalla beşincidir.

Birinci Divizion
20-ci tur
7 mart

“Zirə-2” – “Qəbələ-2” 2:4
Qol: Zöhrab Əsədov, 11. Samir Ağayev, 77 – Hüseyn Mürsəlov, 15. Sənan Ağalarov, 22; 57. Salman Ələsgərov, 90+5-pen.
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Sevda Nuriyeva, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
Bakı. “ASK Arena”, 13:00.

“Kəpəz-2” – MOİK 4:0
Qol: Elnur Cəfərov, 38. Samir Məhərrəmli, 42. Nicat Məmmədov, 54. Oqtay Məmmədov, 76.
Hakimlər: Səbuhi Bayramov, Ruslan Quliyev, Aydın Bəxşiyev, Əkbər Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Şamaxı-2” – “Mingəçevir” (təxirə salınıb)
Hakimlər: Əli Əliyev, Anar Bədəlov, Sənan Atayev, Mahmud Bağırzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu, 15:00.

“Zaqatala” – “Neftçi-2” 1:3
Qol: Cəlal Cəbrayılov, 63 – Oruc Məmmədov, 45+2. Həbib İsmayılov, 52. Elşad Tağıyev, 81.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Sultanov, Zakir Şükürzadə, Murad Səlimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala OİK stadionu, 15:00.

8 mart

“İmişli” – “Qaradağ Lökbatan” 1:0
Qol: Comərd Baxşəliyev, 77.
Hakimlər: İslam Məmmədov, Elman Kərimov, Orxan İbişov, Rəsul Babayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Saatlı OİK stadionu, 15:00.

“Qarabağ-2” – “Səbail-2” 2:0
Qol: Nurlan Şabanov, 73; 78-pen.
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Kamran Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Binə qəsəbə stadionu, 15:00.

“Sumqayıt-2” – “Araz Naxçıvan” 1:3
Qol: Alya Ture, 54 – Ege Atlam Adnan, 41. Fəhmin Muradbəyli, 47. Orxan Əliyev, 77.
Hakimlər: Emin Əliyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Şamil İmanzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: