Birinci Liqa: 5-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 5-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Növbəti tura oktyabrın 16-da start veriləcək. 5-ci tura oktyabrın 19-da baş tutacaq bir oyunla yekun vurulacaq.

PFL-dən verilən məlumata görə, MOİK-in ev oyunları üçün sifariş etdiyi Binə qəsəbə stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq 1-ci dövrənin MOİK – “Cəbrayıl” oyunu ilə 2-ci dövrənin “Cəbrayıl” – MOİK görüşlərinin yeri dəyişdirilib.

Birinci Liqa
5-ci tur
16 oktyabr

“Karvan” – “İmişli”
Yevlax şəhər stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Mingəçevir”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

18 oktyabr

“Cəbrayıl” – MOİK
“Bayıl Arena”, 13:30.

“Zaqatala” – “Baku Sportinq”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

19 oktyabr

“Qəbələ” – “Difai”
Qəbələ şəhər stadionu, 14:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: