Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 27-ci turunun qarşılaşmalarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
“Ayntraxt” – “Union Berlin” və “Leypsiq” – “Maynts” matçlarında hesab açılmayıb.
Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Frayburq”a 3, “Verder” isə “Volfsburq”a 2 cavabsız qolla uduzub.
Lider “Bayer” bu dəfə “Hoffenhaym”la ev oyunundan əzmkar qələbə ilə ayrılıb.
Son çempion “Bayern” isə Dortmund “Borussiya”sı ilə ev oyununda məğlubiyyətlə üzləşib.
Bu nəticələrdən sonra “Bayer” xallarının sayını 73-ə çatdırıb. “Bayern” isə 60 xalla 2-ci sırada qalıb. 56 xala malik “Ştutqart” üçüncüdür.
27-ci turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
27-ci tur
30 mart
Borussiya (Mönhenqladbax) – Frayburq 0:3
Qollar: Qreqoriç, 7. Rohl, 47. Doan, 57.
Bayer – Hoffenhaym 2:1
Qollar: Andrix, 88. Şik, 90+1 – Bayer, 33.
Ayntraxt – Union Berlin 0:0
Leypsiq – Maynts 0:0
Verder – Volfsburq 0:2
Qollar: Lakrua, 45+4. Mayer, 84.
Bayern – Borussiya (Dortmund) 0:2
Qollar: Adeyemi, 10. Ryerson, 83.
31 mart
17:30. Auqsburq – Köln
19:30. Ştutqart – Haydenhaym
21:30. Boxum – Darmştadt