Bundesliqa: “Herta” və “Köln”dən darmadağın

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 20-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Herta” – “Borussiya” (Mönhenqladbax) matçında meydan sahibləri darmadağına seviniblər. “Köln” də “Ayntraxt”la ev oyununda 3 cavabsız qola sevinib.

Beləliklə, 20 turdan sonra 43 xala malik “Bayern” vahid liderdir. “Union Berlin” 42 xalla ikinci, “Borussiya” (Dortmund) isə 40 xalla üçüncü pillədə qərarlaşıb. “Frayburq” 37, “Leypsiq” 36, “Ayntraxt” (Frankfurt) 35, “Volfsburq” 30 xal toplaya bilib.

Almaniya Bundesliqası
20-ci tur
10 fevral

Şalke – Volfsburq 0:0

11 fevral

Bayern – Bohum 3:0
Qol: Müller, 41. Koman, 64. Qnabri, 74-pen.

Frayburq – Ştutqart 2:1
Qol: Qrifo, 60-pen; 84-pen – Fuhrix, 30.

Hoffenhaym – Bayer 1:3
Qol: Nsoki, 77 – Andrix, 6. Diabi, 47. Hlojek, 56.

Maynts – Auqsburq 3:1
Qol: Li Sunq, 21; 52. Onisivo, 24 – Demiroviç, 28.

Verder – Borussiya (Dortmund) 0:2
Qol: Gittens, 67. Brandt, 85.

Leypsiq – Union Berlin 1:2
Qol: Henriks, 24 – Haberer, 61. Knoxe, 72.

12 fevral

Herta – Borussiya (Mönhenqladbax) 4:1
Qol: Nqankam, 30. Dardai, 52. Şerhant, 90+1. Lukebakio, 90+7 – Elvedi, 17.

Köln – Ayntraxt 3:0
Qol: Hubers, 49. Sxiri, 71; 86.

Xəbəri sosial şəbəkələrdə paylaş: