“Dinamo” – “Neftçi” matçının hakimləri bəlli oldu

Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də keçiriləcək “Dinamo” (Tiflis) – “Neftçi” matçının təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da startı veriləcək bu oyun İsraildən olan hakimlər briqadasına tapşırılıb.

Qarşılaşmanın baş hakimi David Fuksman olacaq. Ona yan xətt hakimləri Nati Dotan və Matityahu Yakobov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İdan Leyba yerinə yetirəcək. UEFA nümayəndəsi Lukas Soyski (Polşa), hakim-inspektor isə Uilyam Yanq (Şotlandiya) olacaq.

Bu komandalar arasında cavab matçı iyulun 14-də “Bakcell Arena”da keçiriləcək. Cavab matçına isə saat 21:00 start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: