Azərbaycanlı FİFA referisi Əliyar Ağayev futbol üzrə Avropa Liqasının (Avrolia) Liqa mərhələsinin 2-ci turunun oyununu idarə edəcək.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Əliyar ağayev oktyabrın 15-də Niderlandda keçiriləcək “NEK Neymegen” – “Levski” (Sofiya) qarşılaşmasının baş hakimi olacaq.
Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
VAR hakimi xorvatiyalı İvan Bebek, onun köməkçisi isə almaniyalı Bastian Dankert olacaq.
Qeyd edək ki, Niderlandın Neymegen şəhərindəki “Qoffertstadion”da keçiriləcək görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Xatırladaq ki, Niderland və Bolqarıstan təmsilçiləri Avroliqanın Liqa mərhələsinə uğursuz start veriblər. Sözügedən komandaların hər ikisi ilk turda məğlubiyyətə üzülüblər. “Levski” 25-ci, “NEK Neymegen” isə 36-cı sırada qərarlaşıb.


