Emil üçün 74 dəqiqə, komandasından ardıcıl 5-ci heç-heçə!

Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 18-ci turu çərçivəsində baş tutan Xarkov “Metallist”i ilə oyunun iştirakçısı olub.

Sözügedən kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. Tərəflər meydanı qolsuz tərk ediblər – 0:0.

Emil Mustafayev bu görüşə start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.

Ardıcıl 5 oyundur heç-heçə oynayan “Aleksandriya” bu mövsüm keçirdiyi 17 oyunda 28 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Mustafayev isə cari mövsümdə meydana çıxdığı 6 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: