Türkiyəli futbol mütəxəssisi Emre Belözoğlu Super Liqa təmsilçisi “Antalyaspor”un baş məşqçisi vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis özünün sosial şəbəkə hesabında məlumat yayıb.
44 yaşlı mütəxəssis öz istəyi ilə postunu tərk edib. İstefanın dəqiq səbəbi isə açıqlanmayıb.
Xatırladaq ki, Emre Belözoğlu bu ilin yanvar ayında Antalya klubunun baş məşqçisi təyin edilmiş və 1,5 illik müqaviləyə imza atmışdı.
“Antalyaspor” bu mütəxəssisin rəhbərliyi altında 20 oyun keçirib, 6 qələbə, 5 heç-heçə və 9 məğlubiyyət görüb. Komanda Super Liqada geridə qalmış mövsümü 44 xalla 15-ci pillədə başa vurub.
Emre daha öncə “Fənərbaxça”, “Ankaragücü” və “Başakşəhər”də də baş məşqçi kimi çalışıb.


