Erlinq Haland: “Bir-iki aya hər şey unudulacaq”

Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqasının finalında “İnter” üzərindəki qələbədən (1:0) sonra fikirlərini paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən Halandın fikirləini diqqətinizə çatdırır:

“Mən hələ, daha da artıra bilərəm. Əhəmiyyətli dərəcədə. Çətin oyun oldu. Birinci hissədə bir neçə yaxşı məqamım oldu. Öz günüm olsaydı, iki qol vura bilərdim. Ancaq düzünü desəm, bu barədə çox da narahat deyiləm. Finallarda qələbə – birinci şərtdir. Hər şey hamı kimi tamam-kamal oynamağa və kuboku qazanmağa dayanır.
Gələn mövsüm isə bu mövsüm əldə etdiyimizi müdafiə etməli olacağıq. Bu, belə işləyir. Bir-iki aya hər şey unudulacaq və biz hər şeyi sıfırdan başlamalı olacağıq”.

Xatırladaq ki, Çempionlar Liqasının finalı çərçivəsində “Mançester Siti” “İnter”i minimal hesabla məğlub edərək mövsümü “trebl”lə başa vurub. Komada Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və Çempionlar Liqasını qazanıb.

Erlinq Haland isə UEFA Çempionlar Liqasının 2022-2023-cü illər mövsümünün ən yaxşı bombardiri olub. Norveçli hücumçu mövsüm ərzində meydana çıxdığı 11 matçda 12 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: