Erlinq Haland “qol impotentliyi”nə aydınlıq gətirdi

Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland beş oyunluq qolsuzluq silsiləsi müqabilində ünvanına yönəlmiş tənqidlərə cavab verib.

Arena.az “CBS Sports”a istinadən Halandın bu xüsusda fikirlərini diqqətinizə çatdırır.

Halandın müsahibləri sabiq futbolçular – Tyerri Anri, Ceymi Karrager və Mayka Riçards olublar.

“Bəli, Premyer Liqa oyunları da daxil olmaqla, təzyiq altında idim. Çünki mənə qədər komanda, ardıcıl iki dəfə bu turniri qazanmışdı. Belə bir şəraitdə komandaya qoşulub çempion olmamaq fəlakət olmasa da, çox da xoş təzahür deyildi. Bu səbəbdən də son bir neçə həftə mənim üçün heç də asan deyildi. İndi mən rahatlıq hissi keçirirəm.

Komandanın böyük əksəriyyəti iki il əvvəl Çempionlar Liqasının finalında oynayıb və o zaman çox şey öyrənib. Oyunçular çox şeydən keçiblər və daha təcrübəli olublar. Bir bizim mövsümə baxın. “Arsenal” Premyer Liqanın zirvəsində idi və Çempionlar Liqasında dəfələrlə qalib gələn “Bayern” və “Real”la qarşılaşdıq.

Və bütün bu oyunlara psixoloji hazırlaşmalı olduğumuzu bilirdik. Olsun ki, gözəl oynamadıq, amma qalib gəlməli idik. Ən əsası – nəticədir.

Qolsuzluq seriyasına gəlincə, unutmayın ki, mənim 22 yaşım var. Özünüzü bu yaşda xatırlayın”.

Xatırladaq ki, Erlinq Haland geridə qalmış mövsüm ərzində 53 oyunda 52 qola imza atıb. Norveçli qolçu “Mançester Siti” ilə “trebl”ə imza atıb: Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və Çempionlar Liqasını qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: