Fərid Nəbiyev 90 dəqiq oynadı, komandası uduzdu

Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 16-cı tur çərçivəsində doğma meydanda “Varnsdorf”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Fərid Nəbiyev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Viktoriya” 16 turdan sonra 10 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: