Futzal: Azərbaycan kubokunda finalın vaxtı və məkanı bəlli oldu

Futzal üzrə Azərbaycan kubokunda 2022/2023 mövsümünün final oyununun nə vaxt və harada keçiriləcəyinə aydınlıq gəlib. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Neftçi” İK və “Baku Fire” komandaları arasında baş tutacq həlledici oyun mayın 24-də keçiriləcək. Bakı İdman Sarayında baş tutacaq qarşılaşmaya saat 14:00-da start veriləcək. Final oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, “Baku Fire” ötən gün baş tutan yarımfinal görüşündə MUM üzərində 7:1 hesablı qələbə sayəsində finala yüksəlib. “Neftçi” İK isə “Rəvan”ı 4:1 hesabıyla üstələyib.

Azərbaycan kuboku
Final
24 may

Neftçi İK – Baku Fire
Bakı İdman Sarayı. Saat 14:00.