İtaliya kubokunda 1/8 finalın cütləri bəlli oldu

Futbol üzrə İtaliya kubokunda 1/8 finalın cütləri məlum olub. Arena.az xəbər verir ki, bu mərhələdən etibarən əsas favoritlər də mübarizəyə qoşulacaq.

Bunlar “Yuventus”, “Napoli”, “Milan”, “Roma”, “İnter”, “Latsio”, “Atalanta” və “Sassuolo”dur.

“Yuventus”un 1/4 finala çıxmaq üçün “Sampdoriya” ilə mübarizə aparacaq. “Milan” “Cenoa” ilə, “İnter” isə “Empoli” ilə qarşılaşacaq. “Roma”nın bəxtinə “Leççe” düşüb. “Napoli” isə “Fiorentina” ilə üz-üzə gələcək.

İtaliya kubokunda 1/8 finalın qarşılaşmaları 2022-ci ilin yanvarında keçiriləcək.

İtaliya kuboku
1/8 final

Atalanta – Venetsiya
İnter – Empoli
Yuventus – Sampdoriya
Latsio – Udineze
Milan – Cenoa
Napoli – Fiorentina
Roma – Leççe
Sassuolo – Kalyari

Xəbəri sosial şəbəkələrdə paylaş: