Kapello Mançininin yeni təyinatına münasibət bildirdi

Məşhur italyan məşqçi Fabio Kapello həmkarı Roberto Mançininin Səudiyyə Ərəbistanı yığmasını çalışdıracağına münasibətini bildirib.

Arena.az Kapellonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən Mançini üçün çox şadam, belə bir mütəxəssisin tez bir zamanda iş tapması məntiqlidir.

Səudiyyə Ərəbistanı elə, belə bir məşqçi əldə edə bildiyi üçün tərifəlayiqdir. Ölkədə futbol güclü inkişaf edir. Bu gedişlə ölkə tezliklə Fransa, İtaliya və Almaniya yığmaları səviyyəsində olacaq”, deyə Kapello əminliyini ifadə edib.

Roberto Mançininin Səudiyyə Ərəbistanı yığmasını çalışdıracağı xəbəri dünən Səudiyyə Ərəbistanı Futbol Federasiyasının mətbuat xidməti tərəfindən bəyan edilib.

Mançini məşqçilik karyerası ərzində İtaliyanın “Fiorentina”, “Latsio” və “İnter”, İngiltərənin “Mançester Siti”, Türkiyənin “Qalatasaray” və Rusiyanın “Zenit” (Sankt-Peterburq) klublarını çalışdırıb. İtalyan mütəxəssis güclü təşkilati bacarığı, meydanda və meydandan kənarda futbol ab-havasını tənzimləyə bilmək qabiliyyəti ilə səciyyəvidir. Maraqlıdır ki, Mançini çalışdırdığı bütün kollektivlərlə uğur qazana bilib.

Xəbəri istədiklərinizlə paylaşın