“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyovun maraqlarını təmsil edən futbol agenti Anton Smirnov “Qarabağ” – “Bayer” oyunu haqda danışıb.
Arena.az xatırladır ki, “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”lə Bakıdakı ilk oyununda heç-heçə (2:2) edib.
“Qarabağ” – “Bayer” oyunundan sonra boşluq var, çünki birinci hissədə əla oynayırdıq. İkinci hissədə, 60-cı dəqiqəyə qədər heç bir fəsad olmadı, “Bayer”in bir dənə də olsun təhlükəli məqamı olmadı, “Qarabağ” ciddi və diqqətlə müdafiə olunurdu. Ancaq sonra özləri özlərinə bir qol düşündülər: meydanın özlərinə aid yarısında tamamilə gərəksiz kəsim. Təbii ki, “Bayer” vurduğu qoldan sonra ruhlandı, Virts, Djaka, Şik çıxdılar. Andrey Lunyovun qurtardığı təhlükəli bir məqam oldu. 92-ci dəqiqədə isə futbolçu ilə oyunu bitirmədik və qol buraxdıq.
“Bayer”lə heç-heçə etmək hər kəsi çox məyus edərdi. Bu heç-heçəni məğlubiyyət kimi qəbul edirəm. Hesab 2:1 ikən Juninyonun yüzfaizli imkanı vardı. O, qol vursaydı, “Qarabağ” qələbə qazanacaqdı. Hazırkı məqamda dünyanın ən yaxşı komandasına qarşı layiqli oyun idi. Kimin ağlına gələrdi ki, “Qarabağ” 2:0 öndə olacaq, “Bayer” isə hesabı bərpa etməyə çalışacaq.
Andreyi iki qol buraxmaqda qınamaq olmaz. Bu oyunu “sıfır”a oynamaq olardı. Ancaq belə bir maşına qarşı müdafiə olunmaq çətindir. Andrey yaxşı oynadı və heç bir səhvə yol vermədi. Amma mən bütün komandanı qeyd etmək istəyirəm. “Bayer”in məğlubiyyətsizlik silsiləsini qıra bilərdik. Əlbəttə, Almaniyada çox çətin olacaq. Acıdır. Tarixə düşmək istəyirdik. Birinci hissədən sonra irəli getmək barədə fikirlər yarandı. Amma biz başımıza kül səpmirik”, – Smirnov “Çempionat”ın müxbiri Vladimir Çetveriklə söhbətində bildirib.


