“Mançester Siti” Premyer Liqa tərəfindən cərimələndi

İngiltərə Premyer Liqası “Mançester Siti” klubunun 2,09 milyon funt-sterlinq məbləğində cərimələnməsi haqda qərar çıxarıb.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

Cərimə tədbirinin səbəbi “şəhərlilər”in, yarışın nizamnaməsinə müvafiq olaraq, oyunların vaxtında başlanılması və yenilənməsi üzrə mükəlləf olduqları qaydanı bir neçə dəfə pozmasıdır. Mançester klubu mövsüm ərzində müvafiq səhlənkarlığa 9 dəfə yol verib:

“Oyunda ilk zərbənin vurulması və oyunun yenilənməsi qaydaları, yarışların ən yüksək səviyyədə təşkil edilməsinə kömək etməyi təmin edir və azarkeşlərin və iştirakçı klubların əminliyinə təminat yaradır. Bu həmçinin Premyer Liqanın hər bir oyununun cədvəl üzrə yayımlanmasına təminat verir”, – İngiltərə Premer Liqasının rəsmi bəyanatında deyilir.

Vurğulanır ki, “Mançester Siti” müvafiq səhvini etiraf edərək, cərimələnməsi ilə razılaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: