Dünyaca məşhur iş adamı İlon Mask media maqnatı Mark Sukerberqlə döyüşünün harada yayımlanacağını açıqlayıb.
Arena.az xəbər verir ki, Mask bu barədə özünün sosial şəbəkələri üzərindən məlumat yayıb.
“Sukerberqlə döyüş mənim X sosial şəbəkəmdə canlı yayımlanacaq. Bütün gəlir veteranlara yardım üçün xeyriyyə fonduna gedəcək.
Döyüşə hazırlıq çərçivəsində gün ərzində çəki qaldırıram. Bunu ayrıca etməyə vaxtım yoxdur, ona görə də hər şeyi özümlə işə aparıram”, deyə Mask sosial şəbəkələrdə bildirib.
Bundan əvvəl Maskın Sukerberqlə döyüşə biləcəyi bildirilirdi. Hər iki iş adamı dəfələrlə döyüşə razılıqlarını bildiriblər. Daha sonra UFC prezidenti Dana Uayt qarşıdurma təşkil etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, hər iki sahibkar bu döyüşə ciddi köklənib. Amma Maskın anası oğlunun döyüşməsinə qarşıdır.



