Mata “Mançester Yunayted”lə yeni müqavilə bağladı

İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Xuan Mata ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. Əvvəlki anlaşmanın müddəti bu yay başa çatmışdı.

Mata 2014-cü ildən “Mançester Yunayted”də çıxış edir. 33 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 273 oyuna çıxıb, 51 qola imza atıb. Madrid “Real”ının yetirməsi olan İspaniya millisinin sabiq üzvü əvvəllər “Çelsi” və “Valensiya”da da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: