Futbol üzrə Rusiya yığma komandasının qapıçısı Matvey Safonov cari mövsümdə Fransa çempionu PSJ-də forma şansı qazana bilmir.
Arena.az xəbər verir ki, bu də rus qolkiperlə bağlı müxtəlif şayiələrin yayılmasına səbəb olmaqdadır.
Safonov Paris komandasında əsas qapıçı mövqeyinə iddialıdır və müvafiq məqama, bacarığını nümayiş etdirməklə nail olmaq istəyir. Amma Safonov müvafiq fürsəti almadıqca, səbr kasası daşır. Bu mənzərədə rusiyalı qapıçının Fransa nəhəngindən ayırla biləcəyi istisna edilmir. Bunun növbəti ilin yanvar ayında baş verə biləcəyi vurğulanır.
Matvey Safonov PSJ-dəki durumundan narazı olduğunu artıq gizlətmir. O, mətbuata açıqlamasında da bunu təsdiqləyib. Buna görə hətta PSJ-nin qapıçısını cərimələyəcəyi barədə iddialar səslənməkdə idi. Amma son məlumatlara görə, PSJ rəhbərlyi Safonovu, qapıçının müsahibəsində səsləndirdiyi fikrinə görə cərimələməyəcək.
Xatırladaq ki, həmin müsahibəsində Safonov, parislilərin heyətində meydanda az oyun vaxtı alması ilə bağlı aşkar narazılını bildirmişdi.
Vurğulanır ki, PSJ rəhbərliyi rusiyalı qapıçının müvafiq mövzunu kütləvi informasiya vasitələrində qabartmasından narası olsa da, qapıçıya qarşı hər hansı intizam tədbiri görmək niyyətində deyil. Paris klubunun, vətəndaşların söz azadlığına ehtiram bəslədiyi vurğulanır.
Bu arada “Oser”in məzunu, “burqundiyalılar”ın heyətində çıxışları ilə məşhur olmuş fransız keçmiş qapıçı Lionel Şarbonnye, PSJ-nin məşqçilər qərargahını Safonova fürsət verməyə dəvət edib:
“Vaxtilə Luis Enrike Canluici Donnarummanı əsas heyətdən götürdü və Matvey Safonova oynamaq fürsəti verdi – bu isə işə yaradı. Bəlkə, indi də Safonova fürsət vermək məqamıdır?”, deyə Şarbonnye bildiirib.