Messi fevralın ən yaxşısı seçildi

Futbol üzrə İspaniya La Liqasında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Arena.az xəbər verir ki, “Barselona”nın hücumçusu Lionel Messi ötən ayın ən yaxşı futbolçusu seçilib.

Bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb. Argentinalı hücumçu ilə yanaşı, fevral ayının ən yaxşı oyunçusu adına Aleksandr İsak (Real Sosyedad), Yassin Bunu (Sevilya), Tibo Kurtua (Real), Aleks Berenger (Atletik), Nabil Fekir (Betis) və Xose Luis Morales (Levante) namizəd idi.

Qeyd edək ki, Lionel Messi fevral ayında La Liqa çərçivəsində 5 oyuna çıxıb və 7 qol vurub. 33 yaşlı futbolçu bu mövsüm İspaniya çempionatında meydana çıxdığı 23 oyunda vurduğu 19 qolla bombardirlər cədvəlinə rəhbərlik edir.