“Milan”dan ardıcıl 6-cı qələbə – bu dəfə tək qolla!

Futbol üzrə İtaliya A Seriyasında 10-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Spetsiya” “Cenoa”nı qəbul edib. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar. Autsayder “Salernitana” isə “Venetsiya” səfərindən qələbə ilə qayıdıb.

Liderlər qrupunda qərarlaşmış “Milan”ın bu turdakı rəqibi “Torino” olub. Uğurlu mövsüm keçirən bu komanda doğma meydanda növbəti qələbəsini rəsmiləşdirib.

İtaliya A Seriyası
10-cu tur
26 oktyabr

Spetsiya – Cenoa 1:1
Qol: Siriqu, 66-öz qapısına – Krişito, 86.

Venetsiya – Salernitana 1:2
Qol: Aramu, 14 – Bonatsoli, 61. Skyavone, 90+5.

Milan – Torino 1:0
Qol: Jiru, 14.

27 oktyabr

20:30. Udineze – Verona
20:30. Yuventus – Sassuolo
20:30. Sampdoriya – Atalanta
22:45. Empoli – İnter
22:45. Kalyari – Roma
22:45. Latsio – Fiorentina

28 oktyabr

22:45. Napoli – Bolonya

Xəbəri sosial şəbəkələrdə paylaş: