Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi Braziliyanın “Qremio” klubundan Vandersonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Fransa mətbuatının yazdığına görə, “Monako” Vanderson üçün “Qremio”ya 11 milyon avro ödəyib.
Sağ cinah müdafiəçisi olan Vanderson, “Qremio”nun öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Gənc futbolçu “Qremio”nun heyətində meydana çıxdığı 45 matçda 5 qol vurub.


