Neymar “Barselona” ilə cavab matçını da buraxacaq

Fransa çempionu PSJ-nin hücumçusu Neymar UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İspaniyanın “Barselona” klubuna qarşı keçirəcəkləri cavab matçını da buraxacaq.

Arena.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu ümumi qrupla məşqlərdə tam gücü ilə iştirak edə bilmir. Braziliyalı hücumçu daha çox fərdi məşqlərlə kifayətlənir. Bu isə onun ÇL matçında iştirakına imkan vermir.

PSJ-nin digər oyunçusu Xuan Bernat da fərdi məşqləri davam etdirir. Moyze Kin isə koronavirus səbəbindən təcrid olunub. Bundan əlavə, Serxio Riko şəxsi səbəblərə görə sonuncu məşqə qatılmayıb.

Martın 10-da keçiriləcək PSJ – “Barselona” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. PSJ ilk görüşdə rəqibini 4:1 hesabı ilə üstələyib. Neymar həmin qarşılaşmada da komandasına kömək edə bilməyib.