“Nitsa” PSJ-nin qapıçısını heyətinə qatdı

Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi PSJ-dən Marçin Bulkanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı qapıçı 2021/22 mövsümünü icarə əsasında “Nitsa”da keçirəcək.

Bulka 2019-cu ildən PSJ-də çıxış edir. Polşa yığmasının da üzvü olan qolkiper, ötən mövsüm “Kartaxena” və “Şatoru” klublarında icarədə oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: