Liqa 1: “Lill” və “Renn”dən növbəti qələbə

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

Səkkiz qolun qeydə alındığı “Havr” – “Mets” matçında qalib müəyyənləşməyib. “Olimpik” (Marsel) – “Nitsa” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Loryan” doğma meydanda “Strasburq”a, “Paris” isə “Lill”ə məğlub olub. “Renn” də “Nant”la ev oyunundan çətin qələbə ilə ayrılıb.

Beləliklə, cari mövsümün geridə qalmış 31 turundan sonra 69 xal toplamış PSJ vahid liderdir. “Lans” 63 xalla ikinci pillədə qərarlaşıb. Lion “Olimpik”i ilə “Lill” 57, “Renn” 56, Marsel “Olimpik”i 53, “Monako” 51 xal toplayıb.

Fransa, Liqa 1
31-ci tur
24 aprel

Brest – Lans 3:3
Qollar: Quindo, 7. Tüzar, 25. Ebimbe, 42 – Toven, 60. Sima, 64. Sent-Maksimin, 90+4.

25 aprel

Olimpik (Lion) – Oser 3:2
Qollar: Yaremçuk, 19; 71. Tolisso, 66 – Diomande, 35. Oko, 88.

Anje – PSJ 0:3
Qollar: Li Kan, 7. Mayulu, 39. Beraldo, 52.

Tuluza – Monako 2:2
Qollar: Rassel-Rou, 61. Emerson, 90 – Teze, 6. Kamara, 18.

26 aprel

Loryan – Strasburq 2:3
Qollar: Kadlu, 26. Paqis, 54-pen – Nanasi, 62. Adjey, 90+2-öz qapısına. Omobamidele, 90+9.

Havr – Mets 4:4
Qollar: Samatta, 5. Kexta, 13. Zuaui, 52-pen. Dukure, 61 – Kvilitaya, 9. Heyn, 45+5-pen; 85. Pandore, 54.

Paris – Lill 0:1
Qol: Pardo, 26-pen.

Renn – Nant 2:1
Qollar: Lepaul, 8-pen. Ronqye, 90+2 – Qanaqo, 40.

Olimpik (Marsel) – Nitsa 1:1
Qollar: Höybyerq, 66 – Vahi, 88-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş: