Premyer Liqa: “Liverpul”la “Mançester Siti”dən evdə inamlı qələbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 24-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları elə ilk oyun gününə təsadüf edib.

Son çempion “Mançester Siti” doğma meydanda “Everton”u 2 cavabsız qolla məğlub edib.

“Liverpul” evdə “Börnli”yə, “Tottenhem” “Brayton”a, “Fulhem” də “Bornmut”a qalib gəlib.

“Luton Taun” doğma meydanda “Şeffild Yunayted”ə, “Vulverhempton” “Brentford”a, “Nottingem Forest” isə “Nyukasl”a məğlub olub.

24-cü turun qalan görüşləri 11-12 fevralda keçiriləcək.

İngiltərə, Premyer Liqa
24-cü tur

10 fevral

Mançester Siti – Everton 2:0
Qollar: Haland, 71; 85.

Fulhem – Bornmut 3:1
Qollar: De Kordova, 5. R.Munis, 36; 52 – Senesi, 50.

Liverpul – Börnli 3:1
Qollar: D.Jota, 31. L.Dias, 52. D.Nunyes, 79 – O`Şi, 45.

Luton Taun – Şeffild Yunayted 1:3
Qollar: Morris, 52-pen – Arçer, 30. Makati, 36. V.Sousa, 72.

Tottenhem – Brayton 2:1
Qollar: Sarr, 61. Conson, 90+6 – Qross, 17-pen.

Vulverhempton – Brentford 0:2
Qollar: Norqard, 35. Touni, 77.

Nottingem Forest – Nyukasl 2:3
Qollar: Elanqa, 26. Hadson-Odoi, 45+6 – B.Gimarayn, 10; 66. Şer, 43.

11 fevral

18:00. Vest Hem – Arsenal
20:30. Aston Villa – Mançester Yunayted

12 fevral

00:00. Kristal Pelas – Çelsi