Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, turun sonuncu matçı lider “Qarabağ”la əzəli rəqibi “Neftçi” arasında baş tutub.
Avrokuboklarda mübarizəni dayandıran Ağdam klubu Azərbaycan derbisində qazanılacaq qələbə ilə Belçikadakı uğursuzluğu unutdurmaq arzusundaydı. “Neftçi” isə əzəli rəqibinin zirvədəki mövqeyini daha da möhkəmləndirməməsini istəyirdi.
“Azərsun Arena”da baş tutan və həddən artıq dumanlı bir havada keçirilən matçda hesabı qonaqlar açıblar. Amma Ağdam klubu matçın sonlarında hesaba tarazlıq gətirməyi bacarıb. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Turun daha öncə baş tutan oyunlarından “Səbail” – “Qəbələ” matçı heç-heçə (2:2) bitmişdi. “Turan Tovuz” “Zirə”yə (0:2), “Sumqayıt” “Kəpəz”ə (1:2) uduzmuşdusa, “Şamaxı” “Sabah”ı məğlub yola salmışdı.
Azərbaycan Premyer Liqası
24-cü tur
27 fevral
“Qarabağ” – “Neftçi” 1:1
Qol: H.Haqverdi, 83-öz qapısına – K.Lebon, 33.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
Bakı. “Azersun Arena”, 20:00.
Qarabağ: 23. Luka Quqeşaşvili, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 99. Redon Cica, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 20. Riçard Almeyda, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 6. Julio Romao.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.