Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, 2026-cı ilə təsadüf edən ilk turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu “Şamaxı” ilə “Qəbələ” arasında keçiriləcək. Şamaxı şəhər stadionunda təşkil ediləcək qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Son çempion “Qarabağ” isə “Kəpəz”i sınağa çəkəcək. “Azersun Arena”da keçiriləcək oyunun baş hakimi Vüqar Həsənli olacaq.
Premyer Liqa
17-ci tur
23 yanvar
“İmişli” – “Araz-Naxçıvan” 2:2
Qollar: Luis Silvestr, 5. Dioqo Almeyda, 84 – Çarlz Boli, 14. Ramon Maçado, 90+2.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Neftçi” – “Zirə” 0:0
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Neftçi Arena”, 19:00.
24 yanvar
“Şamaxı” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 14:00.
“Qarabağ” – “Kəpəz”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Azersun Arena”, 16:30.
25 yanvar
“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.
VAR: Cavid Cəlilov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 16:00.
“Sabah” – “Karvan”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov.
VAR: Əli Əliyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Masazır Arena”, 18:30.


