“Qəbələ” iki yoxlama oyunu keçirəcək

“Qəbələ” 2021/22 mövsümünə hazırlığını davam etdirir. Arena.az xəbər verir ki, yay toplanışına iyulun 5-də start verən “qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.

Klubun rəsmi saytının yaydığı məlumata görə, Elmar Baxşıyevin yetirmələri ayın 15-nə qədər doğma arenada hazırlıq keçəcək. Toplanışın ilk mərhələsini başa vurduqdan sonra komanda Bakıya yollanacaq.

“Qəbələ” paytaxtda iki yoxlama görüşü keçirəcək. “Qırmızı-qaralar” ilk sınağına iyulun 16-da çıxacaq. Əaylət təmsilçisi “Zirə” ilə üz-üzə gələcək. 5 gün sonra Baxşıyevin yetirmələri “Səbail”lə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: