İngiltərənin “Mançester Yunayted” komandasının gənc baş məşqçisi Maykl Karrik “qırmızı şeytanlar”ın parlaq gələcəyinə ümidlə baxır.
Arena.az ingilis mütəxəssisin müvafiq fikrini təqdim edir:
“Son bir neçə ayda qələbələr qazanmağımız üçün xüsusi yanaşmamıza azacıq yaxınlaşa bildiyimizi hiss edirik. Oyunumuzu daha da yaxşılaşdıra bilərik. Bu isə ümidverici xüsusdur”, deyə Karrik vurğulayb.
Xatırladaq ki, Karrik bu ilin yanvar ayında Ruben Amorimin istefasından sonra “Mançester Yunayted”ə müvəqqəti baş məşqçi təyin edilmişdi. Lakin onun fəaliyyəti uğurlu alındığı üçün, klub rəhbərliyi ingilis mütəxəssisi baş məşqçi vəzifəsinə təsdiqləməyə qərar verib. 44 yaşlı mütəxəssisin yeni müqaviləsi 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
Maykl Karrik “Mançester Yunayted”i bütövlükdə 17 oyuna çıxarıb, 12 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət görüb. Komanda onun rəhbərliyi altında İngiltərə Premyer Liqasının geridə qalmış mövsümünü 71 xalla 3-cü pillədə başa vurub və UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.


