“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-offunda “Olimpiya”ya qarşı keçirəcəkləri ilk matçdan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Sloveniya çempionu ilə səfərdə baş tutacaq ilk oyundan öncə bunları söyləyib:
“Olimpiya” ilə oyuna hazırlaşmaq üçün bir neçə günümüz oldu. Çalışdıq ki, bu günlərdən düzgün istifadə edək. Futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldırmağa kömək edəcək. Onlar yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər. Meydanda maraqlı mübarizə olacaq”.
Qurban Qurbanov Lyublyana təmsilçisi barədə fikirlərini də bölüşüb: “Olimpiya” yaxşı futbolçulardan ibarət komandadır. Rəqibdə bəzən sistem dəyişir. Sabah onların meydanda hansı sistemdən istifadə edəcəyini görəcəyik”.
Xatırladaq ki, “Olimpiya” və “Qarabağ” arasındakı ilk oyun sabah Lyublyanadakı “Stojitse” stadionunda baş tutacaq. Bu oyuna saat 22:00-da start veriləcək. Cavab qarşılaşması isə avqustun 31-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


