İtaliyanın “Roma” klubu Madrid “Atletiko”sunun və İspaniya yığmasının hücumçusu Alvaro Moratanı heyətinə qatmaq istəyir.
Arena.az “Calciomercato”ya istinadən xəbər verir ki, “canavarlar” hücumçunu əldə etmək üçün iki həll təklif edirlər.
Birincisi, mütləq olaraq 30 milyon avroya almaq müqabilində icarəyə götürmək, ikincisi, “döşəkçilər”in baş məşqçisinin gözaltı etdiyi “canavar” müdafiəçi Rojer İbanyeslə başabaş dəyişmək.
Hücumçunun yenidən komandanın hücum xəttində Paulo Dibala ilə oynamaq fikrində olduğu deyilir. Futbolçular üç mövsüm (2015/2016, 2020/2021, 2021/2022) “Yuventus”da çiy-çiyinə top qoyublar.
2022/2023 mövsümündə 30 yaşlı Morata “Atletiko”nun heyətində 45 oyuna çıxaraq 15 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib, La Liqanın “bürüncü”nü qazanıb.
“Transfermarkt” internet-portalı Alvaro Moratanı 25 milyon avro məbləğində qiymətləndirir.


