Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.
“Zirə” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Oyunun baş hakimi Elçin Məsiyev olub. Zirə İdman Kompleksinin stadionunda baş tutmuş görüşün taleyini bir qol həll edib. Meydan sahibləri tək qolla 3 xal qazanıblar.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a qalib gəlib (2:1), “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” “Sabah”a (0:3) uduzub. “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan” – “Neftçi” matçı ayın 5-də keçiriləcək.
Premyer Liqa
30-cu tur
3 may
“Zirə” – “Qəbələ” 1:0
Qol: Junior Martins, 78.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 30. Rikardo Martins, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Sxadadze.


