Ronaldo Nazario CBF prezidentliyinə namizədliyini irəli sürdü

Dünya futbolunun braziliyalı əfsanəsi Ronaldo Nazario Braziliya Futbol Konfederasiyasının (CBF) prezidentliyinə namizədliyini irəli sürüb.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir:

“Mənim yüzlərlə əsasım var, amma ən əsası dünya səviyyəsində Braziliya futboluna hörməti bərpa etməkdir”, deyə “Yekədiş” vurğulayıb.

Ronadlonun təqdimata ehtiyacı olmasa da, əfsanə haqda azacıq məlumatı təqdim etmək yerinə düşər.

“Müəmma” ləqəbli Ronadlo dünya futbolunun ən güclü mərkəz hücumçularından biri, bir çox mütəxəssislər tərəfindən isə ən güclüsü hesab edilir. “Yekədiş” böyük futbola “Kruzeyro”da başlayıb, PSV, “Barselona”, “İnter”, “Real”, “Milan” və Korintians”da çıxış edib.

Klub səviyyəsində Ronaldo 481 oyuna 309 qol və 75 məhsuldar ötümə ilə fərqlənib.

Ronaldo Nazario 1994-cü ilin mart ayında debüt etdiyi Braziliya millisinin heyətində 99 oyun keçirib, 62 qol vurub, 32 məhsuldar ötürmə verib.

Klub və milli komanda səviyyəsində, həmçinin fərdi mükafatları ilə zəngin Ronaldonun ən böyük uğurları Braziliya millisi ilə 1994-cü və 2002-ci illərin dünya çempionatlarında qalibiyyətdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: