“Sabah” 50-ci ev qələbəsinə sevindi

Futbol üzrə Azərbaycan çempionatının cari mövsümünün vahid lideri olan “Sabah” Premyer Liqada 50-ci ev qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 19-cu turuna təsadüf edib.

Paytaxt təmsilçisi “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.

Bakı klubu “50”yə 115-ci matçında çatıb. “Sabah” turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.

Xatırladaq ki, 2018/2019-cu illər mövsümündən Premyer Liqada çıxış edən paytaxt klubu ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib – 1:0.

“Bayquşlar” cari mövsümdə Premyer Liqada 19 oyunda 14 qələbə qazanıblar. Qalan oyunlarda isə 4 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. 46 xalı olan Valdas Dambrauskasın komandası ən yaxın izləyicisi “Qarabağ”ı 4 xal qabaqlayır.

Xəbəri sosial şəbəkələrdə paylaş: