“Sabah” 50-ci qələbəsinə sevindi

Futbol üzrə Azərbaycan çempionatının 2022/23 mövsümünün liderlərindən olan “Sabah” Premyer Liqada 50-ci qələbəsini qazanıb. Arena.az xəbər verir ki, bu, mövsümün 27-ci turuna təsadüf edib.

Bakı klubu səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi 131-ci qarşılaşmada “50”yə çatıb. “Sabah” ölkə çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 24-cü komanda olub. Bu, həm də 25-ci səfər qələbəsi kimi tarixə düşüb. “Qartallar” rəqib meydanında 66 dəfə qüvvəsini sınayıb.

“Sabah”ın Premyer Liqada ilk qələbəsi 2018-ci il avqustun 12-də qeydə alınıb. Həmin gün sözügedən komanda səfərdə “Keşlə”ni (indiki “Şamaxı”) 1:0 hesabı ilə məğlub edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: