“Sabah” “Sumqayıt” üzərində qələbəyə sevindi

Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sabah” və “Sumqayıt” komandaları bu gün yoxlama oyunu keçiriblər. Arena.az xəbər verir ki, sözügedən komandalar “Bank Respublika Arena”da üz-üzə gəliblər.

Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Sabah”a qələbə qazandıran yeganə qolu komandanın yeni transferlərindən olan Kristian Sebalyos vurub.

Yoxlama oyunu
4 sentyabr

Sabah – Sumqayıt 1:0
Qol: Kristian Sebalyos, 60-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş: