Super Liqa: “Beşiktaş” yenə xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 20-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Səfərdə “Konyaspor”la qarşılaşan “Sivasspor” minimal hesabla qalib gəlib. “Kayserispor” isə “Altay” üzərində oxşar qələbəyə sevinib.

“Göztəpə” “Antalyaspor”la oyunda dörd cavabsız qolla qalib gəlib. Son çempion “Beşiktaş” isə “Rizəspor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

İstanbulun digər təmsilçisi “Fənərbaxça”nın rəqibi isə “Adana Dəmirspor” olacaq.

Türkiyə Super Liqası
20-ci tur
7 yanvar

Trabzonspor – Yeni Malatyaspor 1:0
Qol: Kornelius, 23.

8 yanvar

Qaziantep – Fatih Karagümrük 3:1
Qol: F.Soyalp, 6. M.Dəmir, 18. Fiqeyredo, 73 – E.Mor, 51.

Alanyaspor – Başakşəhər 1:1
Qol: Babakar, 13 – Kaysara, 45.

Kasımpaşa – Hatayspor 3:1
Qol: Eysserik, 1. U.Bozok, 6. Travnik, 50 – O.Ergün, 75.

Qalatasaray – Girəsunspor 0:1
Qol: M.Süleymanov, 11.

9 yanvar

Konyaspor – Sivasspor 0:1
Qol: Ceyms, 66.

Göztəpə – Antalyaspor 4:0
Qol: Nukan, 22. Ndiaye, 51; 61; 78.

Kayserispor – Altay 1:0
Qol: M.Pektemek, 33.

Rizəspor – Beşiktaş 2:2
Qol: Pohyanpalo, 56; 68 – Batşuayi, 25. E.İlkhan, 60.

10 yanvar

21:00. Fənərbaxça – Adana Dəmirspor

Xəbəri sosial şəbəkələrdə paylaş: