Futbol üzrə Türkiyə Super Liqasında 20-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
“Qaziantep” doğma meydanda “Fatih Karagümrük”, “Kasımpaşa” isə “Hatayspor” üzərində qələbəyə sevinib.
“Alanyaspor” – “Başakşəhər” matçında qalib müəyyənləşməyib.
“Qalatasaray” bu turda “Girəsunspor”u qəbul edib. İstanbul təmsilçisi doğma meydanda minimal hesabla uduzub.
“Beşiktaş” “Rizəspor”la qarşılaşacaq. İstanbulun digər təmsilçisi “Fənərbaxça”nın rəqibi isə “Adana Dəmirspor” olacaq.
Türkiyə Super Liqası
20-ci tur
7 yanvar
Trabzonspor – Yeni Malatyaspor 1:0
Qol: Kornelius, 23.
8 yanvar
Qaziantep – Fatih Karagümrük 3:1
Qol: F.Soyalp, 6. M.Dəmir, 18. Fiqeyredo, 73 – E.Mor, 51.
Alanyaspor – Başakşəhər 1:1
Qol: Babakar, 13 – Kaysara, 45.
Kasımpaşa – Hatayspor 3:1
Qol: Eysserik, 1. U.Bozok, 6. Travnik, 50 – O.Ergün, 75.
Qalatasaray – Girəsunspor 0:1
Qol: M.Süleymanov, 11.
9 yanvar
14:30 Konyaspor – Sivasspor
17:00 Göztəpə – Antalyaspor
17:00 Kayserispor – Altay
20:00 Rizəspor – Beşiktaş
10 yanvar
21:00 Fənərbaxça – Adana Dəmirspor


