İngiltərənin “Tottenhem” klubu müdafiəçisi Tobi Alderveyreld ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Belçika yığmasının da üzvü olan futbolçu Qətərin “Əl-Duhail” klubuna transfer olunub. 32 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
Tobi Alderveyreld 2015-ci ildən “Tottenhem”də çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 6 mövsüm ərzində 243 matça çıxıb, 9 qola imza atıb. Mərkəz müdafiəçisi daha öncə “Ayaks”, “Atletiko” (Madrid) və “Sauthempton”da da çıxış edib. Belçika millisində 113 matça çıxan təcrübəli futbolçu 5 qol vurub.