Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 15-ci tur çərçivəsində “Sanat Naft”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu matçdan qələbə ilə ayrılıblar – 3:0. 25-ci dəqiqədə Arif Ağası hesabı açıb. 32-ci dəqiqədə Mahdi Haşemnecad hesab arasındakı fərqi artırıb. 77-ci dəqiqədə isə Məhəmməd Qənbəri oyunda son nöqtəni qoyub.
Bu mövsüm keçirdiyi 15 oyundan doqquzunda qalib gəlmiş komanda bir oyunda heç-heçə edib, beş görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər hazırda 28 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
“Traktor” növbəti matçını 2024-cü ildə keçirəcək.



