“Traktor” bu mövsüm 5-ci qələbəsini qazandı – Video

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 9-cu tur çərçivəsində bu gün “Nassaji Mazandaran”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu matçdan qələbə ilə ayrılıblar – 3:0. 30-cu dəqiqədə Qustavo hesabı açıb. 76 və 87-ci dəqiqələrdə isə müvafiq olaraq Arif Rustəmi və Şoca Xəlilzadə hesab arasındakı fərqi daha da artırıblar.

Bu mövsüm keçirdiyi 9 oyundan dördündə məğlub olmuş komanda beşinci qələbəsinə sevinib. Təbrizlilər hazırda 15 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıblar.

“Traktor” növbəti matçını noyabrın 11-də səfərdə “İstiqlal”a qarşı keçirəcək.

Xəbəri istədiklərinizlə paylaşın