“Traktor” bu mövsüm ilk dəfə heç-heçəyə razılaşdı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 14-cü tur çərçivəsində “Malavan”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu matçdan xal itkisi ilə ayrılıblar – 0:0.

Bu mövsüm keçirdiyi 14 oyundan səkkizində qalib gəlmiş komanda beş görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər cari mövsümdə ilk dəfə bir oyundan heç-heçə ilə ayrılıblar. Bu komanda hazırda 25 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

“Traktor” növbəti matçını dekabrın 30-da doğma meydanda “Sanat Naft”a qarşı keçirəcək.

Xəbəri istədiklərinizlə paylaşın