Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran kubokunun 2023/2024 mövsümündə ilk matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 1/16 final mərhələsi çərçivəsində “Çoka Taleş” komandası ilə qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu matçdan qələbə (3:0) ilə ayrılıblar və növbəti mərhələyə yüksəliblər.
“Traktor” növbəti matçını İran çempionatı çərçivəsində fevralın 16-da doğma meydanda “Sepahan”a qarşı keçirəcək.



