Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 11-ci tur çərçivəsində “Fulad”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu matçdan inamlı qələbə ilə ayrılıblar – 2:0. Təbrizlilərin hər iki qolunu Mehdi Hüsseyni vurub. O, 19 və 70-ci dəqiqələrdə fərqlənib.
Bu mövsüm keçirdiyi 11 oyundan altısında qalib gəlmiş komanda beş görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər hazırda 18 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıblar.
“Traktor” növbəti matçını noyabrın 25-də doğma meydanda “Fulad”a qarşı keçirəcək.



